logo
logo logo
logo

Bill Qeyts Epşteynlə bağlı ifadə verdi - "O istədi, mən razı olmadım"

10:53 - 11 İyun 2026

Bill Qeyts Epşteynlə bağlı ifadə verdi - \"O istədi, mən razı olmadım\"

"Microsoft"un həmtəsisçisi, milyarder Bill Qeyts azyaşlı qızlara qarşı cinsi istismar şəbəkəsi yaratmaqda ittiham olunan və həbsxanada ölü tapılan Ceffri Epşteynlə bağlı iş çərçivəsində ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinə könüllü şəkildə ifadə verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, mətbuat üçün qapalı keçirilən iclasın əvvəlində çıxış edən Qeyts Epşteynin cinayət xarakterli fəaliyyətlərinin heç birinə şahid olmadığını bildirib.


Bill Qeyts ifadəsində deyib:


“Onun adasına, fermasına və ya Floridadakı evinə heç vaxt getməmişəm. Heç kimə qarşı hər hansı hüquqazidd əməl törətməmişəm. O, mənimlə şəxsi münasibət qurmağa çalışsa da, mənim buna marağım olmayıb və onun bu cəhdlərinə heç vaxt qarşılıq verməmişəm”.


Qeyd edək ki, azyaşlı qızların cinsi istismarı ilə bağlı ittiham olunan Ceffri Epşteyn həbsdə olduğu müddətdə ölü tapılmışdı. Onunla bağlı cinayət işi və əlaqələri barədə iddialar uzun müddətdir ABŞ-da ictimai müzakirələrin əsas mövzularından biri olaraq qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az