Almaniyanın Hamburq Hava Limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb şübhəli əşya barədə daxil olan məlumat olub.
Polisin yaydığı məlumata görə, hava limanında "polis müdaxiləsi tələb edən hadisə" qeydə alınıb. Bu səbəbdən təhlükəsizlik yoxlama məntəqəsindən sonrakı bütün mühafizə olunan ərazi təxliyə edilib.
Almaniya mətbuatında yer alan məlumatlarda əməliyyatın şübhəli əşya barədə xəbərdarlıq əsasında başladıldığı bildirilsə də, aidiyyəti qurumlar bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyiblər.