Tayvandan havaya qalxan sərnişin təyyarəsi təcili formada eniş edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, pilot otağına dumanın dolması səbəbindən təxirəsalınmaz vəziyyət elan olunub. Təyyarə Yaponiyanın Hokkaido əyalətində yerləşən New Chitose Hava Limanına təcili eniş edib.
Kyodo agentliyinin məlumatına görə, "Airbus A320" tipli təyyarədə olan 179 sərnişin və ekipaj üzvü arasında yaralanan olmayıb.