Meksikanın Veracruz ştatında silahlı hücuma məruz qalan bir jurnalist ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, polis və məhkəmə xəbərləri üzrə fəaliyyət göstərən jurnalist Lopez Valdez Poza Rica şəhərinin Colonia Cazones məhəlləsində silahlı hücuma məruz qalıb.
Valdezin çalışdığı qəzetin sosial media hesablarından verilən açıqlamada bildirilir: “Lopez Valdez bu səhər erkən saatlarda Poza Rica şəhərində avtomobili ilə hərəkət edərkən silahlı şəxslər tərəfindən qarşısı kəsilərək hücuma məruz qaldı və həyatını itirdi”.
Qəzetin rəhbərliyi açıqlamasında qeyd edib: “Vanguardia de Veracruz qəzetinin müxbiri üçün Jurnalistləri Qoruma və Dəstək Dövlət Komissiyasından (CEAPP) ədalət tələb edirik. Bu cinayət cəzasız qalmamalıdır”.