ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında kimyəvi təhlükə siqnalı verilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, binada qeydə alınan hava keyfiyyəti problemi səbəbindən çoxsaylı mərtəbə və dəhliz bağlanıb, təxliyə tədbirlərinə başlanılıb.
Arlington Yanğın və Təcili Yardım Xidməti tərəfindən sosial şəbəkədə yayılan açıqlamada bildirilib ki, qurumun kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı fəaliyyət göstərən xüsusi qrupu Pentaqonda baş vermiş hadisə ilə bağlı əməliyyata cəlb olunub.
Hadisənin səbəbləri və hava keyfiyyətindəki problemin mənbəyi ilə bağlı araşdırmalar davam etdirilir.