logo
logo logo
logo

Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək

19:53 - 13 İyun 2026

Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcək.


Manset.az xəbər verir ki, sammit iyunun 15-17-də Fransanın Evian-les-Bains şəhərində keçiriləcək.

Məlumata görə, dəvət olunmuş liderlərin, o cümlədən Zelenskinin iştirakı ilə sessiyaların çərşənbə axşamı baş tutacağı bildirilir.

G7 liderləri Ukrayna Prezidenti ilə birlikdə Rusiyanı müharibənin dayandırılması ilə bağlı danışıqlara məcbur etmək üçün vahid yanaşma formalaşdırmağa çalışacaqlar.

Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Zelenskinin sammitdə iştirakı G7 daxilində, xüsusilə də danışıqlar məsələsində konsensusun bərpası baxımından mühüm əhəmiyyət daşıyır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az