Fransa isti hava dalğasının təsiri altına düşüb və 26 vilayətdə narıncı səviyyəli xəbərdarlıq elan edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bəzi bölgələrdə temperaturun günorta saatlarında 40 dərəcəyə çatacağı gözlənilir.
Vaucluse, Haute-Garonne və Deux-Sèvres vilayətlərində meşə yanğınları riski yüksək qiymətləndirilir.
SNCF isə hava keyfiyyətinin pisləşməsi və yüksək temperatur səbəbilə bir neçə əsas marşrut üzrə 71 qatar reysinin 22 iyun tarixinədək ləğv edildiyini açıqlayıb.