Türkiyənin Kapaklı ərazisində yerləşən tekstil fabrikində silahlı və bıçaqlı dava baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, dava nəticəsində 47 yaşlı Cemal Erol həyatını itirib, Selim Y. isə yaralanıb.
Hadisə saat 10:30 radələrində İsmetpaşa məhəlləsində, Kapaklı Organize Sanayi Bölgesində yerləşən fabrikdə baş verib.
Məlumata görə, müəssisədə borc məsələsi səbəbilə iki qrup arasında yaranan mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib.
Polis hadisə ilə bağlı 3 nəfəri saxlayıb və araşdırma aparır.