Türkiyəli məşhur müğənni Derya Uluğ uzun müddətdir münasibətdə olduğu musiqiçi Asil Gök ilə evlilik yolunda ilk addımı atıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük ailə arasında təşkil edilən sadə mərasimlə nişanlanıb.
Ənənələrə uyğun keçirilən mərasimdə əvvəlcə Asil Gök Derya Uluğu ailəsindən istəyib, daha sonra Uluğ ona duzlu qəhvə təqdim edib.
Cütlük nişan fotolarını sosial media hesablarında paylaşaraq münasibətlərinin bu mərhələsini ictimaiyyətlə bölüşüb.