Livan Səhiyyə Nazirliyi İsrailin ölkəyə həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayının 3 min 912 nəfərə, yaralananların sayının isə 11 min 873 nəfərə çatdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, nazirliyin yaydığı məlumatda bildirilib ki, İsrail ordusunun 2 martda başladığı və ölkənin müxtəlif bölgələrini hədəf alan hücumlar nəticəsində ölənlərin sayı 3 min 912 nəfərə yüksəlib, yaralıların sayı isə 11 min 873 nəfər olub.
Yayılan son göstəricilərə əsasən, 2 mart–18 iyun tarixləri arasında davam edən hücumlarda 247-si uşaq, 366-sı qadın olmaqla çox sayda mülki şəxs həyatını itirib.