logo
logo logo
logo

"Tramp olmasaydı, İsrail yerlə-yeksan olardı" - Trampdan iddialı AÇIQLAMA

15:47 - 19 İyun 2026

\"Tramp olmasaydı, İsrail yerlə-yeksan olardı\" - Trampdan iddialı AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İsrail və İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlər barədə açıqlama verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp verdiyi müsahibədə İsrailin hərbi imkanlarına toxunaraq bildirib ki, ölkənin bomba və silahlar daxil olmaqla hər şeyə malik olduğunu düşünürlər. Bununla yanaşı o, “Donald Tramp olmasaydı, İsrail yerlə-yeksan olardı” - ifadəsini işlədib.

ABŞ Prezidenti Netanyahu ilə şəxsi münasibətlərinə də münasibət bildirib. O qeyd edib ki, tərəflər arasında münasibətlər yaxşıdır, lakin İsraili daha ölçülü və rasional davranmağa yönləndirmək lazımdır.

Tramp həmçinin İsrailin Livana mümkün hərbi əməliyyatlarına dair suala da cavab verib. O, bu cür addımların qarşısını alıb-almayacağı ilə bağlı suala “Bəli, alacağam. Onlar mənə çox hörmət edirlər və dediklərimi yerinə yetirirlər” - sözləri ilə cavab verib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az