İstanbulun Güngören rayonunda yenidənqurma layihəsi çərçivəsində boşaldılan binada qaz borularının sökülməsi zamanı partlayış baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Akıncılar məhəlləsi, Salcı küçəsində yerləşən 5 mərtəbəli binada qeydə alınıb. Məlumata görə, günorta saatlarında 3 işçi təbii qaz borularının sökülməsi zamanı partlayış baş verməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıb.
Polis əraziyə giriş-çıxışı nəzarətə götürüb, hadisə ilə bağlı araşdırma başlanılıb.