Martın 2-də eskalasiya başlayandan bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4 057-yə çatıb, 12 121 nəfər isə yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında yaydığı məlumatda deyilir.
"İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubunda "Hizbullah" qruplaşmasının dayaq məntəqələrinə endirdiyi zərbələr zamanı sutka ərzində 77 nəfər həlak olub, 120 nəfər yaralanıb", - qurumdan bildirilib.
Qeyd olunur ki, İsrail bombardmanlarından sonra Nəbatiyə və onun ətrafında xilasetmə işləri davam edir. Ölənlərin və xəsarət alanların sayının artacağı istisna olunmur.
"Şənbə günü Kfar-Rumman ərazisində İsrail pilotsuz uçuş aparatının hücumu zamanı bir hərbçi həlak olub", - qurumdan əlavə edilib.