logo
logo logo
logo

Hindistanda müəssisədə ammonyak sızması: Ölən və xəsarət alanlar var - FOTO 

18:46 - 21 İyun 2026

Hindistanda müəssisədə ammonyak sızması: Ölən və xəsarət alanlar var - FOTO 

Hindistanın cənubundakı Tamilnad ştatında dəniz məhsullarının emalı müəssisəsində baş verən ammonyak sızması nəticəsində azı yeddi nəfər həlak olub, 40-dan çox insan xəsarət alıb.


Manset.az bu barədə "The Times of India" qəzetinə istinadən xəbər verir.

Hadisə baş verən zaman müəssisədə ümumilikdə 120 nəfər olub.

Toksik qazın sızması səbəbindən onlarla işçi zəhərlənmə əlamətləri və tənəffüs çətinliyi ilə xəstəxanalara çatdırılıb.

Hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az