logo
logo logo
logo

"Hərbi komandanlıq ABŞ ilə danışıqların lehinədir" - Pezeşkian

19:06 - 21 İyun 2026

\"Hərbi komandanlıq ABŞ ilə danışıqların lehinədir\" - Pezeşkian

İranın hərbi komandanlığı İsveçrədə ABŞ ilə aparılan danışıqların lehinədir.


Manset.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Peseşkian deyib.

"Hərbi komandirlərimiz hesab edirlər ki, biz bu danışıqları aparmalıyıq", - o bildirib.

İran Prezidentinin sözlərinə görə, bununla bağlı qərar Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilib: "Hamının sözü bir və həmrəy idi".

Xatırladaq ki, iyunun 18-də İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə anlaşma memorandumu haqqında başqa planlarının olduğunu bildirsə də, sənədi M. Pezeşkianın öhdəsinə buraxdığını açıqlayıb.

Qeyd edək ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İsveçrədə keçirilən danışqlarda memorandumla bağlı irəliləyişin əldə olduğunu bildirib. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az