logo
logo logo
logo

İran heyəti danışıqlar məkanını tərk etdi 

20:51 - 21 İyun 2026

İran heyəti danışıqlar məkanını tərk etdi 

İranın ABŞ ilə İsveçrədə danışıqlarda iştirak edən nümayəndə heyəti Vaşinqton adminsitrasiyasının rəhbəri Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqların keçirildiyi məkanı tərk edib.


Manset.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.

Agentlik hazırda dnaışıqların dayandırıldığını və onun gələcək taleyinin qeyri-müəyyən olduğunu bildirib.

Al Hadath telekanalı isə İranın ABŞ-nin imzalanmış anlaşma memorandumunun qarşılıqlı təhdidlərin yolverilməzliyini ehtiva edən birinci bəndini yerinə yetirməsi tələbini irəli sürdüyünə dair məlumat yayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb. 

İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmmədbaqer Qalibaf isə "X" sosial şəbəkə hesabında paylaşım edərək Silahlı Qüvvələrin bütün təhdidlərə cavab verməyə hazır olduğunu bildirib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az