logo
logo logo
logo

"İsrail Livanın cənubundan çıxmayacaq" - Netanyahu

21:52 - 21 İyun 2026

\"İsrail Livanın cənubundan çıxmayacaq\" - Netanyahu

İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək və İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.


Manset.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib.

"Biz İsrailin şimal bölgəsində yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək üçün lazım olduğu müddətdə Livanın cənubundakı təhlükəsizlik zonasında qalacağıq. İsrailin baş naziri kimi bu məsələdə mövqeyim qətidir və heç nə onu dəyişməyəcək", - deyə Netanyahu bildirib.

Baş nazirin bəyanatı onun ofisi tərəfindən yayılıb.

Netanyahu İranla bağlı da mövqeyini açıqlayıb.

"Diplomatik cəbhədə baş verənlərdən asılı olmayaraq, İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyəm. Mən İsrailin baş naziri olduğum müddətdə bu baş verməyəcək", - deyə o vurğulayıb.

Baş nazir həmçinin qeyd edib ki, İsrail son bir il ərzində İrana qarşı iki böyük əməliyyat həyata keçirib.

"Biz bu əməliyyatlara İran rejiminin yaratdığı məhv təhlükəsinin qarşısını almaq üçün başladıq. Əgər hərəkətə keçməsəydik, həmin rejim artıq atom bombalarına sahib olardı və onlardan istifadə edərdi", - deyə Netanyahu əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az