logo
logo logo
logo

"Livanda döyüşlər yenidən başlaya bilər" - İsrail ordusu

22:13 - 21 İyun 2026

\"Livanda döyüşlər yenidən başlaya bilər\" - İsrail ordusu

İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Livanda elan edilmiş atəşkəsi kövrək adlandırıb və hərbçilərə döyüş əməliyyatlarının yenidən başlamasına hazır olmaları barədə göstəriş verib.


Manset.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

    Zamir Livanın cənubunda yerləşdirilmiş İsrail bölmələrinə səfəri zamanı bildirib ki, mövcud atəşkəs sabit deyil və ordunun yüksək hazırlıq vəziyyətini qoruması vacibdir.

    “Elan edilmiş atəşkəs kövrəkdir. Biz döyüş əməliyyatlarının yenidən başlamasına, təhdidlərin aradan qaldırılmasına və zərurət yaranacağı halda əməliyyatlara sürətlə qayıtmağa hazır olmalıyıq”, – deyə o vurğulayıb.

    Baş Qərargah rəisinin sözlərinə görə, İsrail ordusunun bütün resursları bu məqsədə yönəldilib.

    “Biz mübarizəni davam etdiririk. Məqsədimiz dəyişməz olaraq qalır – İsrailin şimalındakı yaşayış məntəqələrini və mülki əhalini qorumaqdır”, – deyə Zamir əlavə edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az