logo
logo logo
logo

Qətərdə dəhşətli PARTLAYIŞ - 54 yaralı, 18 itkin

10:22 - 22 İyun 2026

Qətərdə dəhşətli PARTLAYIŞ - 54 yaralı, 18 itkin

Qətərin paytaxtı Doha şəhərinin şimalında yerləşən Rəs Laffan Sənaye Zonasındakı zavodda partlayış baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 54 nəfər yaralanıb, 18 nəfər isə itkin düşüb.

Qətər Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Doha şəhərinin şimalında yerləşən Rəs Laffan Sənaye Zonasındakı zavodda partlayış texniki səbəbdən baş verib.

Nazirlik daha sonra yayılan açıqlamada partlayışdan sonra qaz müəssisəsində yaranan yanğının nəzarət altına alındığını bildirib. Sənaye zonasında təhlükəsizliyə təhdid yarada biləcək hər hansı qaz sızmasının olmadığı qeyd edilən açıqlamada axtarış-xilasetmə işlərinin davam etdiyi vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az