ABŞ ordusu Şərqi Sakit okeanda narkotik daşıdığı müəyyən edilən daha bir qayığa hücum həyata keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində 2 nəfərin öldüyü bildirilib.
Əldə edilən kəşfiyyat məlumatlarının həmin qayığın Şərqi Sakit okeanda məlum qaçaqmalçılıq marşrutunda narkotik maddə daşıdığını təsdiqlədiyi vurğulanaraq qeyd olunub ki, “bu hücum nəticəsində 2 kişi narkoterrorçu öldürülüb, sağ qalan 6 kişinin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılması məqsədilə ABŞ Sahil Mühafizə Xidmətinə məlumat verilib”.
Əməliyyat zamanı heç bir ABŞ hərbi qulluqçusunun zərər görmədiyi bildirilib.