logo
logo logo
logo

Avtomobil məscidə girdi - Həlak olanlar var

11:32 - 22 İyun 2026

Avtomobil məscidə girdi - Həlak olanlar var

Pakistanda nəqliyyat vasitəsi idarəetməni itirərək məscidə daxil olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Hadisə Pakistanın Sind əyalətinin Karaçi şəhərində baş verib. Əyləcləri işləməyən və idarəetmədən çıxan nəqliyyat vasitəsi dini yığıncağın keçirildiyi məscidə daxil olub. Hadisə ərazidə böyük panikaya səbəb olub.

Qəzanın ardından əraziyə gələn səlahiyyətli qurumlar araşdırmaya başlayıb, sürücü nəzarətə götürülüb və nəqliyyat vasitəsi müsadirə edilib. Hadisə ilə bağlı istintaq davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az