logo
logo logo
logo

Bu ölkədə qırmızı xəbərdarlıq elan edildi

15:15 - 22 İyun 2026

Bu ölkədə qırmızı xəbərdarlıq elan edildi

Birləşmiş Krallıqda, o cümlədən, London şəhərində bu həftə bir çox bölgədə təsir göstərəcəyi gözlənilən həddindən artıq isti hava səbəbilə qırmızı xəbərdarlıq elan edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Krallıq Meteorologiya Xidməti məlumatına görə, London, İngiltərənin cənubu, şərqi, Qərbi Midlend bölgəsi və Uels də daxil olmaqla bir çox ərazidə həftə boyu ekstremal isti hava şəraiti müşahidə olunacaq.

Bildirilir ki, xüsusilə çərşənbə və cümə axşamı günlərində İngiltərə və Uelsin böyük hissəsində istilik dalğasının təsiri güclənəcək, temperatur 37 dərəcəni keçə, bəzi bölgələrdə isə 38–40 dərəcəyə qədər yüksələ bilər.

Eyni zamanda yüksək rütubətin də müşahidə olunacağı gözlənilir. Birləşmiş Krallıq Meteorologiya Xidməti bu vəziyyətin insan sağlamlığı üçün riskləri artırdığı barədə xəbərdarlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az