logo
logo logo
logo

Tanınmış aktyor İslamı qəbul etdi

17:05 - 22 İyun 2026

Tanınmış aktyor İslamı qəbul etdi

Breaking Bad serialında canlandırdığı “Gus Fring” obrazı ilə dünya miqyasında tanınan ABŞ-li aktyor, rejissor və prodüser Giancarlo Esposito Mərakeş səfəri zamanı ölkənin mədəni quruluşu, mənəvi atmosferi və insanlarından təsirləndiyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Əyləncə Qurumunun rəhbəri Turki Al Al-Sheikh tərəfindən “7 Dogs” filminin çəkilişləri zamanı müsəlman olduğu açıqlanan Hollivudun tanınmış simalarından Giancarlo Esposito Mərakeşdə verdiyi açıqlamada İslam dinini seçmə səbəblərindən danışıb.

Dijital xəbər platforması Morocco Intel-in sosial şəbəkə hesablarında yayılan açıqlamalarda Esposito Mərakeşdə insanların inanclarına və dəyərlərinə bağlılığının onu təsirləndirdiyini, fərqli mədəniyyətlərin yaşam tərzi və ibadət anlayışları ilə tanış olmağın onun üçün inkişafedici təcrübə olduğunu deyib.

O, Mərakeş xalqının ona fərqli baxış bucağı qazandırdığını bildirərək qeyd edib:

“İnsanların dindar olduğu bir ölkəyə gəlmək məni dərindən təsirləndirir. Mənim üçün bağlılıq hər şeydir. Tək Tanrıya, Allaha inanmaq və bunu dərk etmək... Sizin ölkənizdə Məhəmməd hər şeydir. Mənim üçün də eyni şey keçərlidir. Xeyirxahlığa, lütfə və Allahın enerjisinə həsr olunmuş bir ölkədə eyni hissləri yaşayıram. Buna görə həyatım dəyişdi. Fərqli bir mədəniyyətin necə ibadət etdiyini, yaşadığını və film çəkdiyini anlamaq mənim insan kimi inkişafım üçün çox vacib oldu”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az