logo
logo logo
logo

Qalibaf və Oman Sultanı müzakirə aparacaqlar

20:34 - 22 İyun 2026

Qalibaf və Oman Sultanı müzakirə aparacaqlar

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və bu ölkənin xarici işlər naziri Abbas Əraqçi Omana səfər ediblər.


Manset.az xəbər verir ki, bu barədə A. Əraqçi Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ ilə İsveçrədəki danışıqlarda İranı təmsil edən nümayəndə heyətinin əsas üzvlərinin Maskat səfəri Omanın Sultanı Heytəm bin Tariq Al Səidin dəvəti ilə baş tutub:

"Omana səfəri zamanı M. Qalibaf Omanın Sultanı Heytəm bin Tariq Al Səid ilə görüşəcək və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini, eləcə də Hörmüz boğazının idarə edilməsi üzrə İranın tədbirlərinin gücləndirilməsi istiqamətində birgə səyləri müzakirə edəcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az