logo
logo logo
logo

Türkiyədə təyyarənin təkəri partladı - Sərnişinlər təxliyə edildi

23:00 - 22 İyun 2026

Türkiyədə təyyarənin təkəri partladı - Sərnişinlər təxliyə edildi

Türkiyədə Ştutqart-Qaziantep reysini həyata keçirən təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Almaniyanın Ştutqart şəhərindən Türkiyənin Qaziantep şəhərinə uçan sərnişin təyyarəsinin enişdən sonra təkəri partlayıb.

Hadisə nəticəsində təyyarədə olan 186 sərnişin təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.

Məsələ ilə bağlı açıqlama yayan nazirlik hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmanın davam etdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az