ABŞ-nin Kaliforniya ştatının Çiko şəhərində yerləşən kitabxanada silahlı hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, bir uşaq isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Çiko Polis İdarəsinin rəisi Billi Oldric hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, silahlı hücum zamanı şübhəli şəxs kitabxananın arxa çıxış qapısından qaçmağa cəhd göstərib.
Onun sözlərinə görə, həmin vaxt ərazidə olan mühafizə əməkdaşları şübhəlini saxlayaraq nəzarətə götürüblər.
Hücumun motivi və digər təfərrüatlarla bağlı araşdırmalar davam etdirilir.