logo
logo logo
logo

Dəhşətli istilər can aldı - 2 azyaşlı həlak oldu

16:32 - 23 İyun 2026

Dəhşətli istilər can aldı - 2 azyaşlı həlak oldu

Avropada müşahidə olunan kəskin isti hava dalğası Fransada faciə ilə nəticələnib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənub-şərqində avtomobildə nəzarətsiz qalan iki azyaşlı ölü tapılıb.


Yerli mətbuatın yaydığı məlumata görə, hadisə Fransanın Voklüz departamentinin Karpantra şəhərində baş verib. Karpantra Prokurorluğunun açıqlamasında bildirilib ki, dayanacaqda saxlanılan avtomobildə 2 və 4 yaşlı iki uşaq ölü vəziyyətdə aşkar edilib.


Prokurorluq ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb. Məlumata əsasən, uşaqlar ailələrinin yaşadığı evin qarşısında park edilmiş avtomobildə qalıblar və nəqliyyat vasitəsi birbaşa günəş şüalarının altında olub.


Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az