İran Prezidenti Məsud Pezeşkian ölkəsinin raket proqramı və müdafiə potensialı ilə bağlı məsələlərin müzakirə predmeti olmadığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pezeşkian bu fikirləri Pakistanın Baş naziri Şahbaz Şərif ilə İslamabadda keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
İran lideri vurğulayıb ki, ölkəsinin raket proqramı ilə bağlı məsələlər heç bir memorandumda yer almayıb və gələcəkdə də müzakirə olunmayacaq. O bildirib ki, İran müdafiə imkanları ilə bağlı heç bir dövlətlə danışıqlar aparmaq niyyətində deyil.
Pezeşkianın sözlərinə görə, əgər İranın müdafiə vasitələri olmasaydı, ölkə də Qəzzada olduğu kimi ciddi dağıntılarla üzləşə bilərdi.
İran-Pakistan münasibətlərinə də toxunan prezident iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, Tehran və İslamabad birgə fəaliyyət sayəsində region üçün nümunə ola biləcək qardaşlıq və əməkdaşlıq modeli yarada bilərlər.