logo
logo logo
logo

Meloni Trampla aralarındakı gərginlikdən danışdı

23:27 - 23 İyun 2026

Meloni Trampla aralarındakı gərginlikdən danışdı

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Tramp ilə son günlər yaşanan fikir ayrılığı barədə açıqlama verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ilə arasındakı polemika, eləcə də ABŞ-İran danışıqları ilə bağlı fikirlərini bölüşüb.


İtaliya lideri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər və müxtəlif şərhlərlə bağlı fərqli fikirlər oxuyub. O qeyd edib ki, bəzi iddialarda onun mövqeyinin sərt və qətiyyətli göründüyü, bunun isə diqqəti İranla aparılan danışıqlardan yayındıraraq NATO çərçivəsindəki problemlərə yönəltmək məqsədi daşıdığı irəli sürülüb.


Meloni vurğulayıb ki, bu fikirlərin doğru olub-olmadığını bilmir, lakin yaranmış müzakirələri daha da qızışdırmaq niyyətində deyil.


Baş nazir həmçinin Fransada keçirilən G7 sammiti zamanı Tramp ilə görüşündən sonra ABŞ prezidentinin onunla bağlı “mənimlə şəkil çəkdirmək üçün yalvardı” ifadəsini işlətməsinə təəccübləndiyini və bundan təsirləndiyini bildirib. O, bu reaksiyasını səmimi şəkildə ifadə etdiyini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az