logo
logo logo
logo

Venesuelada ard-arda qorxulu zəlzələlər 

10:08 - 25 İyun 2026

Venesuelada ard-arda qorxulu zəlzələlər 

Cənubi Amerika dövləti olan Venesuelada güclü zəlzələlər əhali arasında təşviş yaradıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yerli vaxtla saat 18:04-də episentri paytaxt Karakasdan təxminən 168 kilometr qərbdə yerləşən Morn qəsəbəsi yaxınlığında olan 7,2 bal gücündə zəlzələ qeydə alınıb.


İlk təkanın ardınca cəmi 39 saniyə sonra Morn qəsəbəsindən 16 kilometr cənub-qərbdə 7,5 bal gücündə ikinci güclü zəlzələ baş verib.


Venesuelada baş verən güclü zəlzələlər paytaxt Karakas da daxil olmaqla bir sıra şəhərlərdə ciddi dağıntılara yol açıb. Venesuelanın daxili işlər naziri Diosdado Kabello təhlükəsizlik riskləri səbəbindən vətəndaşlara yaşayış binalarına daxil olmamağı tövsiyə edib.


Karakas başda olmaqla ölkənin müxtəlif bölgələrində dağıntılara səbəb olan zəlzələlərdən sonra sunami təhlükəsi ilə əlaqədar müvəqqəti xəbərdarlıq elan edilib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az