logo
logo logo
logo

İlon Mask dünyanın ilk trilyonçusu titulunu itirdi  

10:25 - 25 İyun 2026

İlon Mask dünyanın ilk trilyonçusu titulunu itirdi  

"SpaceX" və "Tesla" səhmlərində qeydə alınan kəskin ucuzlaşma texnologiya milyarderi Elon Muskın sərvətinin azalmasına səbəb olub. Nəticədə o, dünyanın ilk trilyonçu şəxsi statusunu itirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, texnologiya dünyasının ən tanınmış simalarından biri olan Mask qlobal fond bazarlarında müşahidə edilən genişmiqyaslı satış dalğasından sonra trilyonçu tituluna əlvida deyib.


"SpaceX"in tarixi ilkin kütləvi səhmləşməsindən sonra iyunun 12-də sərvəti 1 trilyon ABŞ dollarını ötən ilk şəxs kimi tarixə düşən Mask bazarlardakı son dəyişikliklər fonunda yenidən milyarderlər sırasına qayıdıb.


ABŞ Mərkəzi Bankının faiz dərəcələrini artırmaq ehtimalı və süni intellekt sektorunda maliyyə köpüyünün yarandığına dair investor narahatlıqları texnologiya şirkətlərinin səhmlərinin dəyərinin sürətlə azalmasına gətirib çıxarıb.


Qlobal bazarlardakı geriləmədən sonra Maskın ümumi sərvəti "Forbes"in məlumatına əsasən 970,2 milyard ABŞ dollarına enib.


Bu həftə maliyyə bazarlarında baş verən dəyişikliklər dəyəri əsasən süni intellekt sahəsinə yönələn investisiyalardan asılı olan iri texnologiya şirkətlərinə ciddi təsir göstərib.


"Alphabet" və "Samsung" kimi nəhəng şirkətlərin səhmlərində müşahidə olunan kəskin enişlər Maskın aktivlərinin dəyərində də birbaşa əks olunub.


Maskın sərvətinin böyük hissəsinin nağd vəsaitdən deyil, şirkətlərdəki paylardan və qiymətli kağızlardan ibarət olması onu bazarlardakı dalğalanmalara qarşı daha həssas edir.


Bununla belə, mütəxəssislər hesab edirlər ki, "Tesla" və ya "SpaceX" səhmləri yenidən bahalaşacağı təqdirdə Mask yaxın gələcəkdə trilyonçu statusunu bərpa edə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az