Venesuela müvəqqəti dövlət başçısı Delçi Rodriges ölkədə baş verən zəlzələlər nəticəsində 164 nəfərin həyatını itirdiyini, 971 nəfərin isə yaralandığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rodriges ölkəni sarsıdan iki güclü zəlzələdən sonra keçirdiyi mətbuat konfransında son vəziyyət barədə məlumat verib.
O bildirib ki, zəlzələ nəticəsində 164 nəfər ölüb, 971 nəfər yaralanıb və axtarış-xilasetmə əməliyyatları davam edir. Həmçinin ölənlərin sayının artmasından narahatlıq ifadə olunub.
Məlumata görə, 7,2 və 7,5 bal gücündə baş verən zəlzələlərdən sonra təxminən 30 afterşok qeydə alınıb.