logo
logo logo
logo

Zaporojyeyə zərbələr endirildi - Ölənlər var

21:25 - 28 İyun 2026

Zaporojyeyə zərbələr endirildi - Ölənlər var

Ukrayna hakimiyyəti Rusiyanın Zaporojye vilayətinə endirdiyi aviazərbələr nəticəsində iki nəfərin öldüyünü, azı 19 nəfərin isə yaralandığını açıqlayıb.


Manset.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu əvvəlcə Zaporojye şəhərinə idarəolunan aviasiya bombaları ilə zərbələr endirib. Hücum nəticəsində iki nəfər ölüb, azı 16 nəfər yaralanıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, şəhərin rayonlarından birində bir neçə yaşayış evi qismən dağılıb, avtomobilin olduğu qarajda yanğın baş verib. Yanğın xilasedicilər tərəfindən söndürülüb.

Daha sonra vilayət mərkəzinin şərqində yerləşən Şevçenkovske kəndi də zərbəyə məruz qalıb. İvan Fedorovun sözlərinə görə, bu hücum zamanı üç yaşlı sakin yaralanıb, bir fərdi yaşayış evi dağılıb, avtomobil isə məhv olub.

Rusiya Müdafiə Nazirliyi isə xəbərin yayımlandığı vaxta qədər Zaporojyeyə endirildiyi iddia olunan zərbələrlə bağlı Ukrayna tərəfinin açıqlamalarına münasibət bildirməyib. Bununla yanaşı, nazirlik Zaporojye vilayətində Novoselovka yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az