logo
logo logo
logo

Qətər vətəndaşı gəmidə qəlpə yaralarından öldü

21:48 - 28 İyun 2026

Qətər vətəndaşı gəmidə qəlpə yaralarından öldü

Bölgədəki hərbi əməliyyatlar zamanı qəlpə dəyməsi nəticəsində bir Qətər vətəndaşı ölüb, daha bir nəfər isə yaralanıb.


Manset.az xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sahil Mühafizəsi və Sərhəd Təhlükəsizliyi Baş İdarəsi (GDBS) müntəzəm yoxlama zamanı göyərtəsində iki nəfərin olduğu gəmilərdən birinin təyin olunmuş vaxtda geri qayıtmadığını qeydə alıb. Dəniz patrulları şənbə axşamı axtarış əməliyyatına başlayıb.

"Bazar günü səhər tezdən axtarış-xilasetmə qrupları gəmini tapıb. Əməliyyat zamanı Qətər vətəndaşının ərazidə hərbi əməliyyatlar nəticəsində aldığı qəlpə yaralarından öldüyü təsdiqlənib", - məlumatda deyilir.

Gəmidə olan ikinci şəxs, Qətərdə daimi yaşayan ərəb əsilli xarici vətəndaş olub və o yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndə ABŞ hərbi hədəflərinə ballistik raket və pilotsuz təyyarələrlə zərbə endirdiyini açıqlamışdı. Tehran bu addımları ABŞ-ın hərbi əməliyyatına cavab olduğunu açıqlamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az