logo
logo logo
logo

Zəlzələnin dağıntıları altından xilas edilənlərin sayı açıqlandı

22:40 - 28 İyun 2026

Zəlzələnin dağıntıları altından xilas edilənlərin sayı açıqlandı

Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra xilasedicilər dağıntılar altından 33 nəfəri sağ çıxara biliblər.


Manset.az xəbər verir ki, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodrigez məlumat verib.

"İndi həyatların xilas edilə biləcəyi kritik saatlardayıq. Bu işdə birbaşa iştirak etməyən biz, insanların sağ tapılması üçün dua edirik. Bu günə qədər 33 nəfəri sağ xilas edə bilmişik. Venesuelaya gələn hər bir xilasedici, gətirdiyiniz hər bir it ölkəmizə sevgi mesajı gətirir. Venesuela xalqının sizə böyük ümidləri var. Gəldiyiniz yerə ümid gəldi", - Rodrigez deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az