logo
logo logo
logo

İnəyin vurduğu yeniyetmə öldü

22:58 - 28 İyun 2026

İnəyin vurduğu yeniyetmə öldü

Türkiyənin Iğdır vilayətinin Aralık rayonunda bədbəxt hadisə baş verib.


Manset.az Haber Global-a istinadən xəbər verir ki. hadisə səhər saatlarında rayonun Karşıyaka məhəlləsində qeydə alınıb. Məlumata görə, Muhammed Tazegün tövlədəki buzovun əmizdirilməsi üçün onu həyətdə otlayan inəyin yanına aparıb.

Bu zaman inək qəfil sahibinə hücum edərək buynuzları ilə onun sinəsinə zərbə endirib. Ağır xəsarət alan 16 yaşlı Tazegün üçün əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, Muhammed Tazegünun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az