Pakistanda təhsil mərkəzinin damı uçub, nəticədə 14 uşaq ölüb.
Manset.az DAWN-a istinadən xəbər verir ki, hadisə Lahor vilayətinin Kahna bölgəsində baş verib.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Rəsmilər bildirib ki, hadisə baş verən zaman təhsil mərkəzinin içərisində təxminən 30-dan çox uşaq olub.
Hadisə ilə bağlı binanın sahibi də daxil olmaqla, iki nəfər həbs olunub.