3 yaşlı uşaq zəlzələdən 6 gün sonra dağıntılar altından sağ çıxarıldı.
Manset.az xəbər verir ki, Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edərkən, fəlakətin altıncı günündə sevindirici hadisə yaşanıb.
İordaniyalı xilasedicilər dağıntılar altından 3 yaşlı Kliber Moran adlı oğlan uşağını sağ vəziyyətdə çıxarmağa müvəffəq olublar.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges La Quaira ştatında uşağın xilas edildiyini təsdiqləyib.
Rodriges 3 yaşlı Kliber Moranın xilas edilməsini "xalqımız üçün böyük ümid işığı" kimi dəyərləndirib.