ABŞ-nin Nyu-Cersi ştatında yerləşən marketlərdən birinin damı güclü yağıntılar səbəbindən çöküb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dağıntılar altında qalan 3 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı başladılıb. Hadisənin əlverişsiz hava şəraiti nəticəsində baş verdiyi bildirilir. Damın çökmə anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
ABŞ-nin şərq sahillərində təsirli olan isti hava dalğası güclü fırtına və leysan yağışları ilə əvəzlənib.
Xüsusilə, Nyu-York, Filadelfiya və Nyu-Cersi bölgələrində yağan intensiv yağışlar sel və subasma halları yaradıb.