Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək üçün Türkiyəyə səfər edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ankarada keçirilən zirvənin əsas müzakirə mövzuları sırasında Ukraynaya göstəriləcək dəstək və Rusiya-Ukrayna müharibəsi yer alır.
NATO Baş katibi Mark Rutte tərəfindən zirvəyə dəvət olunan Zelenskinin liderlərlə Ukraynadakı müharibənin son vəziyyəti, hərbi yardım və Avropanın təhlükəsizliyi məsələlərini müzakirə edəcəyi gözlənilir.