Kanadanın Toronto şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Manset.az xarici agentliklərə istinadən xəbər verir ki, şəhərdə keçirilən festival zamanıl naməlum şəxs toplaşanlara atəş açmağa başlayıb.
Toronto Polis Departamentinin sosial media səhifəsində dərc olunmuş açıqlamada deyilir: "Beş nəfər güllə yarası ilə tapılıb, iki nəfər hadisə yerində ölüb".
Atışmanın səbəbi və atıcının şəxsiyyəti hələlik müəyyən edilməyib.