Türkiyədə təbiətin müdafiəsi, meşələrin qorunması üçün 161 hava vasitəsi, 10 min 797 quru vasitəsi, 28 minlik şəxsi heyət və 140 min könüllü fəaliyyət göstərir.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən "Haber Global" məlumat yayıb.
"Yanğınlar 2 dəqiqəyə aşkarlanır və ilk müdaxilə orta hesabla 11 dəqiqə ərzində həyata keçirilir", - məlumatda deyilir.