İran Silahlı Qüvvələri Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd edən Tailand Krallığının bayrağı altında hərəkət edən gəmiyə hücum edib.
Manset.az Tasnim-ə istinadən xəbər verir ki, gəmi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığını nəzərə almayıb və boğazın sularında hərəkətini davam etdirməyə cəhd edib.
Bundan sonra İran Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalıb. Agentlik zərərin həcmi və hücum nəticəsində xəsarət alanlar barədə məlumat verməyib.