Qayanada 116 sərnişinin olduğu bərə çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qayananın İctimai İşlər naziri Xuan Ecxill sosial şəbəkə hesabında bildirib ki, yerli vaxtla saat 23:00 radələrində daxil olan fövqəladə hadisə barədə məlumatdan sonra bərə heyətinin və 116 sərnişinin xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Baş nazir Mark Fillips isə indiyədək 53 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işlərinin isə davam etdiyini açıqlayıb.