Xəbər verdiyimiz kimi, 2026-cı il FIFA Dünya Kubokunun final qarşılaşmasında İspaniya ilə Argentina üz-üzə gəlib. ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçirilən oyunu ABŞ Prezidenti Donald Tramp da tribunadan izləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gecəyə isə son vaxtlar münasibətləri gərgin olan Donald Tramp ilə İspaniyanın Baş naziri Pedro Sançesin protokol tribunasında əl sıxması damğa vurub.
Qeyd edək ki, iki lider arasında münasibətlər xüsusilə NATO çərçivəsində müdafiə xərcləri ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşmişdi. Tramp İspaniyanın ümumi daxili məhsulun 5 faizinin müdafiəyə ayrılması hədəfini dəstəkləməməsini dəfələrlə tənqid etmiş, Madridə qarşı ticarət məhdudiyyətləri tətbiq oluna biləcəyi ilə bağlı xəbərdarlıqlar səsləndirmişdi.