Türkiyənin tanınmış aktrisası Alina Boz növbəti uğuruna imza atıb. İstanbul Bilgi Universitetinin Kino və Televiziya fakültəsini bitirən aktrisa uzun illər davam etdirdiyi aktyorluq fəaliyyətini ali təhsil diplomu ilə tamamlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, uşaq yaşlarından aktyorluq karyerasına başlayan Alina Boz məzuniyyət sevincini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb və paylaşımı qısa müddətdə çoxsaylı təbrik mesajları alıb.
Onun həyat yoldaşı, rejissor və sahibkar Umut Evirgen də məzuniyyət mərasimində iştirak edərək aktrisanı gül dəstəsi ilə təbrik edib. Cütlük xatirə şəkli də çəkdirib.