logo
logo logo
logo

Lüks yaşayış kompleksində PARTLAYIŞ - Xəsarət alanlar var

11:37 - 21 İyul 2026

Lüks yaşayış kompleksində PARTLAYIŞ - Xəsarət alanlar var

İndoneziyanın Şimali Sumatra əyalətinin Medan şəhərində yerləşən yaşayış kompleksində güclü partlayış baş verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Medan şəhərindəki elit yaşayış komplekslərindən birində qeydə alınan partlayışın səbəbi araşdırılır.

İlkin ehtimallara əsasən, partlayışa üçmərtəbəli evin altından keçən yeraltı təbii qaz kəmərində baş vermiş sızma səbəb olub. Bununla belə, hadisənin dəqiq başvermə səbəbi hələ müəyyənləşdirilməyib və araşdırma aparılır.

Polisin məlumatına görə, partlayış zamanı evdə olduğu ehtimal edilən altı nəfərdən ikisi xilas edilib. Digər dörd nəfərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az