logo
logo logo
logo

Tramp Böyük Britaniyanın yeni Baş naziri ilə ilk danışığını apardı

11:50 - 21 İyul 2026

Tramp Böyük Britaniyanın yeni Baş naziri ilə ilk danışığını apardı

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın yeni Baş naziri Endi Bernhem ilə telefon danışığı apardığını bildirərək, söhbətin olduqca səmərəli keçdiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, telefon danışığı zamanı iki ölkə arasında uzun illərdir davam edən möhkəm münasibətlər başda olmaqla bir sıra mühüm məsələlər müzakirə olunub.

"Qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün çox da uzaq olmayan vaxtda üz-üzə görüşəcəyik", – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp vurğulayıb ki, Endi Bernhemi mühüm və məsuliyyətli vəzifə gözləyir.

"Ancaq bunun öhdəsindən gələcəyinə inanıram. Təbii ki, ABŞ də ona dəstək olmaq üçün yanında olacaq", – deyə o əlavə edib.

ABŞ Prezidenti telefon danışığının məzmununa toxunaraq bildirib ki, tərəflər Şimal dənizində neft hasilatı, ticarət əlaqələri, hərbi müttəfiqlik, Hörmüz boğazının minalardan təmizlənməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

"Görüş olduqca maraqlı və son dərəcə uğurlu keçdi", – deyə Tramp qeyd edib.

Sonda ABŞ Prezidenti Endi Bernhemə yeni vəzifəsində uğurlar arzulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az