logo
logo logo
logo

Almaniyadan təcili qərar - Bu cihazlar geri çağırıldı

11:51 - 23 İyul 2026

Almaniyadan təcili qərar - Bu cihazlar geri çağırıldı

Almaniyada məşhur elektron ticarət platforması Temu vasitəsilə satışa çıxarılan airfryer modellərindən biri ilə bağlı təcili geri çağırılma qərarı qəbul edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik yoxlamaları zamanı məhsulda ciddi risklər aşkar olunduğundan, istehlakçılara cihazdan istifadəni dərhal dayandırmaq və ödənişlərinin geri qaytarılması üçün müraciət etmək tövsiyə olunub.

Laboratoriya sınaqlarının nəticələrinə əsasən, sözügedən isti hava fritözünün elektrik təhlükəsizliyi tələblərinə cavab vermədiyi, mexaniki nasazlıqlara malik olduğu və istifadəçilər üçün xəsarət riski yaratdığı müəyyən edilib.

Mütəxəssislər mümkün bədbəxt hadisələrin qarşısını almaq məqsədilə cihazın dərhal istismardan çıxarılmasının vacibliyini vurğulayıblar.

Geri çağırılma qərarı ICEBOSS satıcısı tərəfindən satışa təqdim edilən, 4 litr tutumlu və markasız AirFryer modelinə şamil edilir.

Məhsulu əldə etmiş istehlakçılara cihazdan istifadə etməmələri və vəsaitlərinin geri qaytarılması üçün müvafiq qaydada müraciət etmələri tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az