ABŞ ordusunun İranda həyata keçirdiyi əməliyyatlarda yenidən B-1 strateji bombardmançı təyyarələrindən istifadə etməyə başladığı iddia edilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən təyyarələr İranın İslam İnqilabi Keşikçiləri Korpusuna məxsus hədəflərə zərbələr endirmək üçün cəlb olunub.
Bildirilir ki, B-1 bombardmançıları Böyük Britaniyada yerləşən hərbi hava bazalarından havaya qalxıb. Təyyarələrin uçuş marşrutlarını izləyən açıq mənbələrdə onların İran hava məkanında olduğu müşahidə edilib.
ABŞ daha əvvəl, fevralın 28-də İrana qarşı başladığı hücumlarda B-1 bombardmançı təyyarələrindən istifadə etdiyini rəsmi şəkildə açıqlamışdı. Lakin təxminən 12 gün əvvəl yenidən başlayan əməliyyatlarda bu təyyarələrin tətbiqi barədə indiyədək rəsmi məlumat verilməmişdi